Bu gün səhər saatlarında Bakıda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Sulutəpə-Lökbatan yolunun Xocəsəndən keçən hissəsində ağırtonnajlı yük maşını (TIR) idarəetmədən çıxıb. Yağıntılı havada yolun ortasındakı beton arakəsmələrə çırpılan maşın maneələrin üzərində qalıb.
Hadisə nəticəsində yolda tıxac yaranıb.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər