Paytaxtda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası - Fotolar

paytaxtda-zefer-gunu-ile-bagli-agacekme-aksiyasi
Oxunma sayı: 407

 Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin  rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun -300 ədəd yeni ağac əkilib. 

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. 

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.