Yaşayış binasındakı yanğın söndürüldü - Video + Foto

yasayis-binasindaki-yangin-sonduruldu
Oxunma sayı: 6747

Bakıda yanğın hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva “Qafqazinfo”ya bildirib ki, yanğın Bakı şəhəri, Tbilisi prospekti 61/63 ünvanında olan binanın dam örtüyündə başlayıb: “Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından  Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Qeyd edim ki, bina məcburi köçkünlərin yerləşdiyi yataqxana binasıdır”.

***

FHN-dən verilən son məlumata görə, artıq yanğın tamamilə söndürülüb.