Bakıda yataqxanada yanğın - 14 nəfər xəsarət aldı - Video - Yenilənib

bakida-yataqxanada-yangin
Oxunma sayı: 4973

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafizə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

***

Əldə etdiyimiz məlumata görə, sözügedən bina Azərbaycan Dillər Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasıdır.

Yataqxana tamamilə məcburi köçkünlərin ixtiyarındadır, tələbə yaşamır, universitetin nəzarətində deyil. 

Yanğın hadisəsi qısaqapanma nəticəsində baş verib. Universitetin rektoru və rəhbərlik hadisə yerindədir. Yanğın söndürülüb, xəsarət alan yoxdur.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Binəqədidəki yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb. Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.