"Qafqazinfo"nun Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Çobanzadə küçəsindəki "Qəbələ" kafesində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil edildiyi aşkarlanıb. Buna görə həmin kafedə işləyən Yardımlı şəhər sakini Mais Mirzəxanov saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər