“BakuBus”la bağlı Sərəncam verildi

bakubusla-bagli-serencam-verildi
Oxunma sayı: 4882

Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.