Başqa ölkənin paytaxtını ələ keçirməklə hədələyən oğluna görə üzr istədi

basqa-olkenin-paytaxtini-ele-kecirmekle-hedeleyen-ogluna-gore-uzr-istedi
Oxunma sayı: 3611

Uqanda Prezidenti Yoveri Museveni oğlunun Nayrobi şəhərini iki həftədən az müddətdə ələ keçirəcəyi ilə hədələyən tvitlərinə görə Keniya hakimiyyəti və öz ölkəsinin vətəndaşlarından rəsmi üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, Museveni tviterdə "Keçmiş ordu komandanı general Muhuzinin bu böyük ölkədəki seçkilərlə bağlı göndərdiyi tvitlərə görə keniyalı qardaş və bacılarımızdan bizi bağışlamalarını xahiş edirəm" deyə yazıb. 

Qeyd edək ki, Museveninin oğlu, general-leytenant Muhuzi Kayneruqaba, xarici siyasət də daxil olmaqla, geniş spektrli mövzularda tez-tez tvit yazması ilə tanınır. Nayrobini ələ keçirmək hədəsi ilə bağlı son mesaj ona quru qoşunlarının baş komandanı postu bahasına başa gəlib.