UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, 1-ci turun üçüncü oyun günündə keçirilən 6 qarşılaşmada maraqlı nəticələr qeydə alınıb.
Gecənin mərkəzi matçında Almaniya nəhəngi “Bavariya” Norveçin “Budo-Qlim” kollektivini qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı darmadağını ilə başa çatıb.
Türkiyə təmsilçisi “Fənərbaxça” isə doğma meydanda “Roma” ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
ÇL-də günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
PSV (Niderland) – “Şaxtyor” (Ukrayna) — 1:1
“Komo” (İtaliya) – “RB Leyptsiq” (Almaniya) — 4:1
“Mançester Yunayted” (İngiltərə) – “Sabah” (Azərbaycan) — 4:0
“Slaviya Praqa” (Çexiya) – “Lans” (Fransa) — 2:3
Son xəbərlər
Son Xəbərlər