Bayden onu Livanla müharibənin qarşısını almaq üçün İsrailə göndərdi

bayden-onu-livanla-muharibenin-qarsisini-almaq-ucun-israile-gonderdi
Oxunma sayı: 1708

ABŞ Prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn  Livanla müharibənin qarşısını almaq üçün İsrailə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall News” qəzeti məlumat yayıb.

Bildirilib ki, Hokşteyn İsrailə səfəri çərçivəsində başda müdafiə naziri Yoav Qallant, strateji işlər naziri Ron Dermer və Baş Qərargah rəisi Herzi Halevi olmaqla rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Qeyd olunub ki, Hokşteynin səfəri İsrail ordusu ilə “Hizbullah” arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.

Xatırladaq ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır.