Baydenin avtomatik qələmlə imzaladığı bütün sənədləri ləğv etdi

baydenin-avtomatik-qelemle-imzaladigi-butun-senedleri-legv-etdi
Oxunma sayı: 1308

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Baydenin avtomatik qələmlə (autopen) imzaladığı bütün sənədləri ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Truth” sosial media platformasında yazıb.

Prezident bildirib ki, Baydenin imzaladığı sənədlərin təxminən 92 faizinə avtomatik imza atılıb. Avtomatik qələmi idarə edənlər qanunsuz iş görüblər.

“Co Bayden avtomatik qələm prosesində iştirak etməyib və əgər iştirak etdiyini desə, yalan ifadə vermək ittihamı ilə məsuliyyətə cəlb olunacaq”, - deyə Tramp əlavə edib.