Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

baydenin-oglu-25-ile-qeder-hebs-edile-biler
Oxunma sayı: 1724

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden məhkəmə qarşısına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, məhkəmə iyunun 3-də keçiriləcək. ABŞ prokurorları tərəfindən H.Baydenə qarşı silah saxlamaqla bağlı ittiham irəli sürülüb.

O, həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yalan yazılı məlumat verdiyi və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham edilir.

İttihamlara əsasən, Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər.