Müsavat parlament seçkilərində iştirak edəcək - Yenilənib

musavat-parlament-seckilerinde-istirak-edecek
Oxunma sayı: 3295

“Bilirsiniz ki, Azərbaycanda yaxın vaxtlarda parlament seçkiləri olacaq. Bu seçkilər bizim üçün çox mühümdür”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın hazırkı başqanı Arif Hacılı deyib.

“Müsavat Partiyası bu seçkilərdə iştirak etmək əzmindədir. Bu seçkilərdən imtina etmək niyyətində deyilik. Bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəyik. Seçki komandaları hazırlanmalıdır, maliyyə fondlarının yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə “Azadlıq, Ədalət, Hüquqi dövlət” şüarı ilə iştirak edəcəyik”, - deyə o bildirib.

***

Arif Hacılı bildirib ki, bəzi partiyaları ənənəvi müxalifət adlandırırlar və Müsavatı ora qataraq görüntü yaratmağa çalışırlar: “Bununla göstərmək istəyirlər ki, biz seçkilərdə iştirak etməyə maraqlı deyilik, daim seçkiləri boykot edirik. Bu tamamilə yanlış fikirdir. Müsavat Partiyası bütün referendumlarda referendum qrupunu yaratdı, son parlament seçkilərində iştirak etmişik. 88 dairədən namizəd irəli sürmüşdük. 60 dairədən 60 namizədlə bu seçki kampaniyasında iştirak etdik. Müsavat Partiyası olaraq seçkilərdə iştirak etməyə meyilli partiyayıq”.

Zaur Mirzə