Baydenin qardaşı ifadə vermək üçün çağırıldı

baydenin-qardasi-ifade-vermek-ucun-cagirildi
Oxunma sayı: 1032

ABŞ Prezidenti Co Baydenin qardaşı Ceyms Bayden ABŞ Konqresinə ifadə vermək üçün çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi “X” sosial şəbəkəsindəki hesabında dərc edib.

Ceyms Baydenin fevralın 21-də transkript müsahibəsinə çıxacağı bildirilir:

“Biz onun ifadəsini gözləyirik”.

O, ABŞ liderinin qohumlarının biznesində iştirakı ilə bağlı ifadə verməli olacaq.

Qeyd edək ki, dekabrın 17-də “The Washington Post” qəzeti Ceyms Baydenin ABŞ-nin hazırkı prezidentinin vəzifələri ilə bağlı siyasi problemləri həll etmək üçün uzun illərdir pul aldığını yazıb.