“Bayramda məhdudiyyətin qoyulması gündəmdədir”

bayramda-mehdudiyyetin-qoyulmasi-gundemdedir
Oxunma sayı: 5359

"Türkiyənin bununla bağlı təcrübəsi var. Şənbə, bazar və bayram günlərində bəzi məhdudiyyətlər tətbiq olunur".

"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram günlərində tətbiq oluna biləcək məhdudiyyətlərlə bağlı danışarkən deyib.

İctimai Televiziyada qonaq olan qurum rəsmisi Azərbaycanda da belə məhdudiyyətin tətbiq oluna biləcəyini istisna etməyib:

"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxmanın sayının azaldılması məqsədi ilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək".