Bayramov Çavuşoğlu ilə görüşdü - Foto

bayramov-cavusoglu-ile-gorusdu
Oxunma sayı: 1552

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirin “X” platformasında paylaşım edilib.

“Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu. Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq”, - Ceyhun Bayramov vurğulayıb.