Azərbaycan Mili Elmlər Akademiyasında oğurluq

azerbaycan-mili-elmler-akademiyasinda-ogurluq
Oxunma sayı: 732

Fevralın 14-də Bakı şəhər sakini Haldun Səfərov R.Rüstəmov küçəsində yerləşən, Füzuli Səlimova məxsus mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 267 manat oğurlayarkən Nizami RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 24-cü PB-yə təhvil verilib.

Yanvarın 14-də Zirə qəsəbəsində yerləşən istixanada orada işləyən Sakit Kazımovun mobil telefonu oğurlanıb. Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elmin Qasımov fevralın 14-də tutulub.

Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlqar Ağaverdiyev fevralın 14-də yaxalanıb.

Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elşad Məmmədov fevralın 14-də yaxalanıb.

Nərimanov RPİ CAŞ-ın əməkdaşları fevralın 14-də F.Xoyski prospektində yerləşən «Ağalar» çay evində Raman Qafarovun qumar oyunları təşkil etməsini aşkar ediblər.

2011-ci il oktyabrın 24-nə keçən gecə H.Cavid propektində yerləşən Azərbaycan Mili Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Çingiz Qacarın iş otağından açıq qapıdan keçmə yolu ilə detalları ilə birlikdə kompyuter oğurlanıb. Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyev fevralın 14-də tutulub. Araşdırma zamanı müəyyən edilib ki, onlar 30 iyul 2011-ci il tarixdə A.Şərifzadə küçəsində yaşayanlar Nazir İbrahimovun evindən kondisioner, Pərviz Əhmədovun mənzilindən isə qızıl boyunbağı oğurlayıblar. Daha sonra onlar bu il yanvarın 3-nə keçən gecə A.Şərifzadə küçəsində yerləşən köşkdən açar seçmə yolu ilə pul, danışıq kartları, tütün, ərzaq məhsulları, yanvarın 23-də Vasif Abbasova məxsus 27 göyərçin, fevralın 13-də Növrəstə Şahverdiyevə məxsus köşkdən qıfılı sındırma yolu ilə meyvə və qazan dəsti, Arif Şirəliyevə məxsus emalatxanadan isə qapını sındırma yolu ilə elektrik cihazları oğurlayıblar.