Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlandı

azerbaycanda-ali-mekteblere-qebul-imtahanlarinin-tarixleri-aciqlandi
Oxunma sayı: 663

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, III qrup üzrə qəbul imtahanı iyulun 1-də, I qrup üzrə iyulun 8-də, IV qrup üzrə iyulun 14-də, II qrup üzrə isə iyulun 20-də keçiriləcək.

M. Abbaszadə deyib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.