Bu qız Ukraynanı qarışdırdı

bu-qiz-ukraynani-qarisdirdi
Oxunma sayı: 641

Ukrayna Milli Partiyası “Azadlıq” ölkəni bu il Bakıda keçiriləcək “Avroviziya” yarışmasında təmsil edəcək namizədə etirazlarını bildiriblər. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu seçimin etirazla qarşılanmasına səbəb isə Ukraynanı bu dəfə müsabiqədə qara dərili Qaytananın təmsil etməsi olub. “Azadlıq” partiyası siyasi şurasının üzvü Yuri Sirotyuk etiraf edib ki, Qaytana istedadlı müğənnidir, lakin irqi mənsubiyyətinə də diqqət çəkib: “Bu şouya baxan milyonlar görəcəklər ki, Ukraynanı bizim irqə mənsub olmayan insan təmsil edib... Və Ukraynanı haradasa Afrika tərəflərdə yerləşən qitə ilə assosiasiya edəcəklər”.

Partiya üzvü onu da əlavə edib ki, Ukrayna bu siyasət ilə heç bir vaxt AB-nə daxil ola bilməyəcək.

Qeyd edək ki, Qaytana Ukraynada doğulub və bir neçə il atasınnı vətəni olan Konqoda yaşayıb. Ukrayna və rus dillərində ifa edir.

Səidə