“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”

belke-basqa-london-var-xeberimiz-yoxdur
Oxunma sayı: 3267

Müğənni Nigar Camal instaqramdakı paylaşımı ilə diqqət çəkib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi xəbər səhifələrindən birinin dərc etdiyi “London metrosu yeni ilə belə hazırlanıb” başlıqlı fotonu səhifəsində yayaraq maraqlı şərh yazıb. 

Nigar “Mənə maraqlıdır, hansı Londonda? Mən yaşadığım Londona bənzəmir. Qışda nə şort? Ora Bakıdan soyuqdur. Bəlkə, başqa London var, xəbərimiz yoxdur?” yazaraq məlumatın yalan olduğunu bildirib.