Benziadan millidə möhtəşəm oyun - Video

benziadan-millide-mohtesem-oyun
Oxunma sayı: 3110

Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, komanda Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

Əlcəzair millisində çıxış edən “Qarabağ”ın futbolçusu Yassin Benzia bu görüşdə 2 qol vurub və bir qol ötürməsi edib.

Əlcəzair - Cənubi Afrika- 3:3

Qollar: Yassin Benzia, 22, 70, Yasin Nəsr Eddin Brahimi, 53 - Temba Zvan, 34, 45+5, İqraam Reyners, 66