Bərdədə ağır qəza - Ölən və xəsarət alanlar var-Yenilənib

berdede-agir-qeza
Oxunma sayı: 1513

Bərdədə ağır yol qəzası baş verib, ölənlər var.

“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Ocaqverdiyev Elməddin hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirildi ki, fevralın 12-si saat 20:15 radələrində baş verən yol-nəqliyyat hadisəsilə bağlı 2 nəfər kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Onlardan 2001-ci il təvəllüdlü şəxsə ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasına təxliyə edilib.

1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Ziya Əmirxanlı