Bərdə şəhərində 5 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Babək Salahova məxsus evdəki hadisə nəticəsində tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşüb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb və alovun yaxınlıqdakı digər yaşayış evlərinə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində baş vermiş qısaqapanma olub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ziya Əmirxanlı





Son xəbərlər
Son Xəbərlər