Beren “hə” desə, yenidən eyni serialda çəkiləcəklər

beren-he-dese-yeniden-eyni-serialda-cekilecekler
Oxunma sayı: 2987

14 il əvvəl “Aşk-ı Memnu” serialında çəkilən aktrisa Beren Saat və aktyor Kıvanç Tatlıtuğ yenidən eyni serialda rol ala bilərlər.

“Qafqazinfo” “TV100”ə istinadən xəbər verir ki, yeni mövsümdə Star TV-də yayımlanacaq “Kral Kaybederse” serialında baş rolda Kıvanç Tatlıtuğ yer alacaq.

Beren Saata isə digər baş rolda çəkilmək üçün təklif göndərilib. Aktrisa təklifi qəbul edərsə, illər sonra K. Tatlıtuğla yenidən eyni serialda çəkiləcək.

Ekran işi professor Gülseren Budaycıoğlunun eyniadlı romanı əsasında çəkilir.

Qeyd edək ki, daha əvvəl B. Saat və K. Tatlıtuğ eyni filmdə rol almaq üçün bir araya gəliblər. “Netflix”də yayımlanacaq film sevgi mövzusundadır.