Türkiyənin “Tuzlaspor” klubunun baş məşqçisi Bekir İrtegün istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Bildirilib ki, 40 yaşlı mütəxəssis bu barədə özü açıqlama verib.
Qeyd edək ki, “Tuzlaspor”da Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə çıxış edir.