Beyləqanda 68 yaşlı qadının qətli açılıb - Şübhəli saxlanıldı

beyleqanda-68-yasli-qadinin-qetli-acilib
Oxunma sayı: 1675

Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşlı qadının qətlə yetirilməsi faktı üzrə şübhəli şəxs müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, kənd sakini Nazilə Mustafayevanı yaşadığı evdə boğaraq qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Şəmistan Həsənzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə tamah məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş. Həsənzadə müharibə veteranıdır, qazidir.