Beyninə çip yerləşdirilən ilk insan tamamilə sağalıb

beynine-cip-yerlesdirilen-ilk-insan-tamamile-sagalib
Oxunma sayı: 3029

Beyninə “Neuralink” şirkətinin çipi yerləşdirilən ilk pasiyent tamamilə sağalıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı amerikalı sahibkar və şirkətin sahibi İlon Mask açıqlayıb. 

“Pasiyent, demək olar ki, tamamilə sağalıb. O, kompüterin mausunun kursorunu sadəcə bu barədə düşünərək idarə edə bilir. Hazırda düşüncənin gücü ilə düymələrə daha çox basmaq istiqamətində çalışırıq”, - deyə Mask qeyd edib.

Onun sözlərinə görə, proses uğurla irəliləyir.

Xatırladaq ki, “Neuralink” şirkəti tərəfindən yanvarın 28-i ilk dəfə insan beyninə kompüter çipi yerləşdirilib. Çipə “Telepathy” adı verilib.