“Bəzi universitetlərin Bakıdan köçürülməsi istisna deyil”

bezi-universitetlerin-bakidan-kocurulmesi-istisna-deyil
Oxunma sayı: 2642

“Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında bildirib.

A.Quliyev qeyd edib ki, bu, Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi islahatdır:

“İstisna etmirəm ki, müəyyən universitetlər köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər.

Növbəti illər ərzində bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə Tədbirlər Planı hazırlanaraq icra edilə biləcək”.

Gülnar Əliyeva