İcra başçısından jurnalistlərə məsləhət

icra-bascisindan-jurnalistlere-meslehet
Oxunma sayı: 652

Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev “Azadlıq” qəzetində özü haqqında yayılan xəbəri təkzib edib. Belə ki, “Azadlıq” qəzeti Fəqan Nəsibov adlı bir sahibkarın mövqeyini dərc edərək, icra başçsının bu şəxsin 65 min dollar pulunu mənimsədiyini bildirib.
Avropa.info-ya açıqlama verən L. Babayev yazılan informasiyanı cəfəngiyyat adlandırıb. “ Əvvəla Mingəçevirə icra başçısi təyin olunanda şəhərdə trolleybus xəttləri işləyirdi. Trolleybus xəttləri də, trolleybus parkı da işlək vəziyyətdə idi. Şəhər əhalisi trolleybusdan nəqliyyat vasitəsi kimi istifadə edirdi. Mənim Mingəçevir icra başçısı işlədiyim 2005-ci ildə 2007-ci ilin dekabrın 14-ə kimi trolleybuslar ləğv olunmayıb. Belə halda yəni ki, trolleybus ləğv olduğu halda mən necə xəttləri satışa çıxara bilərdim? Digər tərəfdən mən Mingəçevirdə icra başçısı işlədiyim 2005-2007-ci illərdə cənab prezident İlham Əliyev heç bir obyektin açılışına gəlməyib. Mənim iş otağımda da qəzetdə yazıldığı kimi, Prezident Aparatının nümayəndələri ilə görüşüm olmayıb. Sadəcə bu faktlar onu göstərir ki, mənə qərəzli şəkildə böhtan atılır.” Ümumiyyətlə F. Nəsibov adlı bir adam tanımadığnı bildirən icra başçısı “Azadlıq” sifarişli yazılar yazmaqda suçladı. ““Azadlıq” qəzeti neçənci dəfədir ki, mənə qarşı sifarişli yazılar yazmaqla məşğuldur. Mən F. Nəsibov adlı şəxsi nə tanıyır, nə də ondan pul almışam. Niyə qəzet yazdıqlarını araşdırmadan yazır. Araşdırsaydılar mənim trolleybus xəttlərini satmağımla bağlı iddiaların böhtan olduğunu görərdilər. Mənim guya ki, Moskva şəhərində obyekt aldığımı və bununla əlaqədar şəhərə getdiyimi yazıblar. Araşdırsınlar, sorğu göndərsinlər, görək mən Mingəçevirdə icra başçısı olduğum 2005-2007-ci illərdə Moskva şəhərinə getmişəm, ya yox? Mənim MDB məkanında, Avropada, ölkədə heç bir obyektim yoxdur. Araşdırmadan yazılar yazmaq, jurnalist etikasıyla uzlaşmır. Niyə düzü düz, əyrini əyri yazmırlar. Zəhmət çəkib juranlistkanı Həsən bəy Zərdabidən öyrənsinlər. Biz cənab prezidentin rəhbərliyi altında quruculuq işləri ilə məşğuluq. Hesab edirəm ki, bu tipli yazılar gördüyümüz işlərə kölgə salmaq niyyəti güdür. Bir şeyi xatırlatmaq istəyirəm, vaxtilə Livandan muzdlu döyüşçülər gətirib, Qarabağda bizimkilərə qarşı döyüşdürürdülər. Bu gündə mənim haqqımda sifarişli yazılar yazanları, onlara bənzədirəm."