Sosial mediada fitness və qidalanma mövzularındakı paylaşımları ilə tanınan braziliyalı influenser Diana Areas 39 yaşında həyatını itirib.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, Diana Areas bir binanın damından yıxılıb və aldığı xəsarətlər səbəbilə xəstəxanaya çatdırılıb.
Lakin həkim nəzarəti altında olmasına baxmayaraq, o, xəstəxanadan qaçıb. Bir müddət sonra influenserin Rio-de-Janeyroda yaşadığı yaşayış kompleksinin ümumi istifadə zonasındakı meydançada cansız bədəni tapılıb.
Məlumata görə, yanğınsöndürənlər Areasın meyitini səhər saat 06:30-da aşkar edib. Onun bədənində müxtəlif kəsik izlərinin olduğu bildirilib.
Hakimiyyət orqanları onun ölüm səbəbini, binadan necə yıxıldığını və nəyə görə xəstəxanadan qaçdığını müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Son xəbərlər
Son Xəbərlər