“Bir an da dayanmadan sevə-sevə…”

bir-an-da-dayanmadan-seve-seve
Oxunma sayı: 995


"Qafqazinfo" kult.az-a istinadən şairin yeni şeirini  təqdim edir:   

Bir an da dayanmadan sevə-sevə   

Biz bir an da dayanmadan, durmadan 

Allah qurduqlarını dağıdırıq 

Bir an da dayanmadan, durmadan 

Allah da düzəldir hər dəfə,   

Həm də, yenə hamımızı... 

Hətta dağıdanları da sevə-sevə.   


Biz baxıb, baxıb min tərəfə, 

Yenə, yenə Allahın 

Təzədən qurduğunu da 

Təzədən dağıdırıq hər dəfə. 

Nə biz dağıtmaqdan yoruluruq bircə an, 

nə da Allah biz dağıtdığımızı da,

bizi də sevə-sevə 

təzədən qurmaqdan.