Bir ay əvvəl itkin düşən kişinin meyiti Kürdən tapıldı

bir-ay-evvel-itkin-dusen-kisinin-meyiti-kurden-tapildi
Oxunma sayı: 2890

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. 

Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib.

APA-nın məlumatına görə isə meyiti tapılan şəxs bir ay əvvəl itkin düşən Salyan sakini, 67 yaşlı Süleymanov Hüseyn İsrafil oğludur.