Bir balaca zəncəfiliniz varsa - Sizə belə kömək edəcək

bir-balaca-zencefiliniz-varsa
Oxunma sayı: 8170

Son illərdə bitkilərin sağlamlığa faydaları bütün dünyada daha çox diqqət çəkməyə başlayıb. Həmin bitkilərdən biri də müalicəvi xüsusiyəti ilə tanınan zəncəfildir.

“Qafqazinfo” zəncəfil bitkisinin faydaları barədə məlumatı təqdim edir:

Təbabətdə zəncəfilin istifadəsi qədim dövrlərə gedib çıxır. Hindistanlıların və çinlilərin 5000 ildən artıqdır ki, zəncəfil kökündən istifadə etdikləri güman edilir. Hazırda zəncəfilin ən böyük istehsalçısı Hindistandır.

Zəncəfil soyuqdəymə və mədə ağrısı üçün çox faydalıdır. Hətta hamilə xanımlar ürəkbulanma zamanı bu bitkidən dəmlənmiş çayı içsələr, həmin dönəmi rahat keçirəcəklər.

Bundan başqa, bu ətirli ədviyyat immuniteti artırır, damar tıxanıqlığının qarşısını alır. Xərçəngə qarşı qoruyucudur. Çəki vermək istəyənlər də mətbəxdən zəncəfili əksik etməməlidirlər. Belə ki, zəncəfil və darçın qatılaraq dəmlənmiş yaşıl çay metabolizmanı 2 dəfəyədək sürətləndirə bilir. Qan duruldan dərman qəbul edən şəxslərin isə bu ədviyyatdan istifadə etmədən öncə həkimlə məsləhətləşmələri lazımdır.