“Bir manat versək də, ayaq üstə gedirik” - Video

bir-manat-versek-de-ayaq-uste-gedirik
Oxunma sayı: 1053

Bakı Dəmiryol Vağzalının qarşısından Hövsan istiqamətində hərəkət edən 120E nömrəli ekspres marşrut xəttinin fəaliyyəti sərnişinlərin narazılığına səbəb olub.

“Qafqazinfo”nun xəbərinə görə, vətəndaşlar bununla bağlı Baku TV-yə bildiriblər ki, işdən yorğun halda qayıdarkən uzun müddət avtobus gözləməli olurlar:

“İşdən yorğun-arğın gəlib saatlarla dayanacaqda avtobus gözləyirik. Avtobus gələndə isə bir manat pul versək də, ayaq üstə getməli oluruq”, - sərnişinlərdən biri narazılığını dilə gətirib.

Digər bir sərnişin isə bildirib ki, avtobusların tutumu tələbatı ödəmir:

“Vəziyyət çətindir. Avtobuslar bir az böyük olsa, daha rahat olar. Ayağım zədəlidir və ayaqüstə getmək mənim üçün çətindir”.

Məsələ ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, 120E nömrəli ekspres marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 10 avtobusla həyata keçirilir və avtobuslar 14 dəqiqəlik intervalla hərəkət edir.

Qurumun Monitorinq Mərkəzinin son üç günlük müşahidələrinə əsasən, marşrut üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb. Bununla yanaşı, səhər və axşam pik saatlarında marşrutun keçdiyi Puşkin və Afiyəddin Cəlilov küçələrində yaranan nəqliyyat sıxlığı intervalların müvəqqəti olaraq artmasına səbəb ola bilər.

“BakuBus” MMC sərnişinlərdən pik saatlarda yaranan bu vəziyyətə anlayışla yanaşmağı xahiş edib.

Daha ətraflı videomaterialda: