Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün “Bakı Ağ Şəhər”də olublar.
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verib.
Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni “Ağ Şəhər” stansiyasına keçidi təmin edəcək.
8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” layihəsi üçün hazırlanmış 7 saatdan ibarət “Seven Public Clocks” kompozisiyası ilə bəzədilib.
Bakı, Ağ Şəhər:
.jpg)
Konstantin Krikin 1999-cu ildə yaratdığı “Six Public Clocks” adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.
London, Reuters Plaza:
.jpg)
Meydanda yerləşən Cozef Klibanskinin “Buludların üstündə” adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin “Nur axtarışında” heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı “Riverside Walk Garden” və “Hyde Park” komplekslərində qoyulub. Saymon Cadcenin xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün hazırladığı “Flaminqo” əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.















Son xəbərlər
Son Xəbərlər