Bir vaxtlar pul içində üzürdü, indi ianə yığır - Fotolar

bir-vaxtlar-pul-icinde-uzurdu-indi-iane-yigir
Oxunma sayı: 7873

Bir vaxtlar Hollivudun məşhur ulduzlarından olan Mikki Rurk 59 min 100 dollarlıq yığılmış kirayə borcuna görə Los-Ancelesdəki evindən qovulmaq təhlükəsi ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, məşhur aktyorun evsiz qalmasının qarşısını almaq üçün “GoFundMe”də 100 min dollar hədəfi olan ianə kampaniyası başladılıb.

73 yaşlı aktyora göndərilən bildirişdə borcun dərhal ödənilməli olduğu və ya evin 3 gün ərzində boşaldılmalı olduğu bildirilib. 

Ötən gün qapısının ağzında şəkli çəkilən Rurkun səliqəsiz və yorğun görünüşü diqqət çəkib. Məşhur aktyorun vəziyyəti onun yaxın ətrafını da hərəkətə gətirib.

Bildirilir ki, o, ən çox qazanan aktyorlardan biri olub.

İanə kampaniyasını aktyorun yaxın dostu Liya-Coel Cons başladıb. “Mikki Rurkun evində qalmasıa kömək edin” adlı kampaniyanın hədəfi 100.000 dollardır və başladıqdan sonrakı ilk 6 saat ərzində 1500 dollar toplandığı bildirilir.

Kampaniyanın təsvirində Rurkun “çox çətin və təcili bir vəziyyətlə üzləşdiyi” qeyd olunur. Bildirilir ki, bütün karyerasına və həyatı boyu qurban verdiyi şeylərə baxmayaraq, Mikki hazırda evini itirmək riski yaradan ciddi maliyyə çətinlikləri ilə mübarizə aparır.

Qeyd edək ki, Mikki Rurk “9½ Weeks”, “Wild Orchid” və “Homeboy” kimi filmlərlə Hollivudun ən məşhur ulduzlarından birinə çevrilib. Aktyor 2009-cu ildə “The Wrestler” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”, BAFTA və “Müstəqil Ruh” mükafatlarına layiq görülüb.