“Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz” - Prezidentlə sakinin səmimi dialoqu

biz-gedenden-sonra-yeqin-ki-qeyd-edeceksiniz
Oxunma sayı: 619

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayılın Şükürbəyli kəndinə köçən sakinlərlə keçirdiyi görüş zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, kənd sakini İlqar Seyidalıyev ilə dövlət başçısı arasında səmimi dialoq baş tutub:

İlqar Seyidalıyev: Cənab Prezident, çox sağ olun, çox var olun ki, bu gün burada iştirak edirsiniz. Bizim ən əlamətdar günlərimizdən biridir. Yoldaşım da buradadır, bu gün bizim toy günümüzdür.

Prezident İlham Əliyev: Təbrik edirəm!

İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.

Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.

İlqar Seyidalıyev: Çox sağ olun, çox var olun!

Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Neçənci ildə evlənmisiniz?

İlqar Seyidalıyev: 1992-ci ildə.

Mehriban Əliyeva: Təbrik edirəm sizi.

İlqar Seyidalıyev: Çox sağ olun.

Prezident İlham Əliyev: 1992-ci ildə, işğala bir il qalmış.

İlqar Seyidalıyev: Bəli.

Prezident İlham Əliyev: Sonra haraya köçdünüz işğal dövründə?

İlqar Seyidalıyev: Mən bu zastavanın rəisi idim, öz kəndimizdə hərbçi idim. İşğaldan sonra da xidmətə davam etdim.

Prezident İlham Əliyev: Bəs işğal dövründə harada məskunlaşmışdınız?

İlqar Seyidalıyev: Ailəm İmişlidə, mən də döyüşlərdə.