Blinken yenidən İsraildədir

blinken-yeniden-israildedir
Oxunma sayı: 664

ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər edib.

“Qafqazinfo” “Haaretz” qəzetinə istinadən xəbər verir ki, Blinkenin təyyarəsi Təl-Əvivdə yerə enib. 

Bu, oktyabrın əvvəli İsraillə HƏMAS arasında qarşıdurma başlayandan ABŞ dövlət katibinin ölkəyə 4-cü səfəridir. 

Onun səfər çərçivəsində HƏMAS tərəfindən qaçırılan girovların azad edilməsi ilə bağlı səyləri müzakirə edəcəyi gözlənilir.