Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, idarəetmədən çıxan “BMW” markalı avtomobil əvvəlcə “Toyota”, daha sonra “Kia” və “Opel” markalı minik avtomobillərinə çırpılıb.
Toqquşmadan sonra “BMW” aşıb.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisənin səbəbləri və təfərrüatı araşdırılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər