“Neftçi” yubiley oyununda əzəli rəqiblə üz-üzə

neftci-yubiley-oyununda-ezeli-reqible-uz-uze
Oxunma sayı: 657

“Qafqazinfo”nun verdiyi xəbərə görə, turun mərkəzi görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Çempion “Neftçi” burada “Xəzər Lənkəran”ı qəbul edəcək. Əzəli rəqiblər “flaqman”ın meydançasında 11-ci dəfə üz-üzə gələcəklər. Cənub təmsilçisi bu oyunların yalnız 1-də qalib gələ bilib. Digər 9 oyunun 4-də “Neftçi” qələbə qazanıb, 5 dəfə isə “sülh” qeydə alınıb.

Digər maraqlı qarşılaşma “Bakı” ilə “Qarabağ” arasında baş tutacaq. Avrokuboklara vəsiqə qazanmaq istəyən paytaxt təmsilçisi bu oyunda mütləq 3 xal qazanmalıdır. İlk “altılıq”da son görüş “Qəbələ” ilə “İnter” arasında baş tutacaq.

İkinci “altılıq”da isə AZAL “Kəpəz”i qəbul edəcək.

Qeyd edək ki, bugünkü oyunlar “Qarabağ” və “Neftçi” üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, komandalar milli çempionat tarixində 550-ci oyununa çıxacaq.

14:00. AZAL - "Kəpəz"
Bakı. "AZAL Arena" stadionu
AZAL-ın ev oyunlarının balansı: 3 oyun: +2=1-0 (3-0)
2005/06 – 1:0, 2010/11 – 0:0, 2011/12 – 2:0
Təsnifat mərhələsindəki oyunlar – 1:3, 2:0

14:30. "Bakı" - "Qarabağ"
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu
“Bakı”nın ev oyunlarının balansı: 18 oyun: +8=6-4 (19-13)
1996/97 – 1:1, 1997/98 – 3:0, 1998/99 – 2:0, 0:0, 1999/2000 – 1:0, 2000/01 – 2:1, 2001/02 – 0:3, 2003/04 – 1:2, 2004/05 – 1:1, 2005/06 – 2:1, 2006/07 – 0:0, 2007/08 – 0:0, 2008/09 – 2:0, 2009/10 – 0:1, 2:0, 2010/11 – 2:0, 0:0, 2011/12 – 0:3
Təsnifat mərhələsindəki oyunlar – 1:2, 0:3

15:00. "Qəbələ" - "İnter"
Qəbələ. Şəhər stadionu
“Qəbələ”nın ev oyunlarının balansı: 7 oyun: +1=3-3 (3-5)
2006/07 – 0:0, 2007/08 – 2:1, 2008/09 – 0:1, 2009/10 – 0:1, 1:1, 2010/11 – 0:1, 2011/12 – 0:0
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 0:0

15:00. "Neftçi" - "Xəzər Lənkəran"
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
“Neftçi”nın ev oyunlarının balansı: 10 oyun: +4=5-1 (13-6)
2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 1:0, 2007/08 – 0:1, 2008/09 – 2:1, 2009/10 – 0:0, 0:0, 2010/11 – 0:0, 1:1, 2011/12 – 5:0
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 5:0

Ceyhun Əhmədov