Bocelli koronavirusa yoluxduğunu açıqladı

bocelli-koronavirusa-yoluxdugunu-aciqladi
Oxunma sayı: 1172

Dünyaca məşhur italyan tenor Andrea Bocelli koronavirus pandemiyasına yoluxduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 61 yaşlı opera sənətçisi “La Stampa” qəzetinə müsahibəsində özü və ailəsinin mart ayında COVID-19 testindən keçdiyini, nəticələrin pozitiv çıxdığını bildirib.

“Konsertlərimi təxirə salmaq məcburiyyətində qaldım. Bir kabus yaşayırdım. Yatmağı unutmuşdum”,- deyə Bocelli bildirib.

O, artıq vəziyyətinin yaxşı olduğunu, virusdan xilas olduğunu qeyd edib.