Bölgələrdə abonent müraciət qutuları quraşdırılır - Fotolar

bolgelerde-abonent-muraciet-qutulari-qurasdirilir
Oxunma sayı: 826

“Azəriqaz” İstehsalat Birliyinin bütün Regional qaz istismarı İdarələrinin, xidmət sahələrinin qarşısında yeni müraciət qutularının quraşdırılmasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdən istifadə etməyən, ümumiyyətlə internet bağlantısı olmayan abonentləri nəzərə alan Birlik rəhbərliyi onların da müraciətlərini cavablandırmaq üçün yeni üsul tətbiq edib.

Artıq bu gündən etibarən bütün Regional qaz istismarı İdarələrinin və xidmət sahələrinin inzibati binalarının qarşısında müraciət qutularının quraşdırılmasına başlanılıb. Qutuların üzərində isə belə qeyd edilir: “Bura etdiyiniz müraciəti ilk oxuyan “Azəriqaz” İB rəhbərliyinin özü olacaq”.

Yəni bu məktublar yerlərdə açılaraq baxılmayacaq, birbaşa operativ olaraq Birliyin baş direktoru Ruslan Əliyevə çatdırılacaq. Bundan sonra isə həmin vətəndaşın probleminin həlli ilə bağlı rəhbərlik tərəfindən müvafiq göstərişlər veriləcək.