Boliviyada yenidən aksiyalar başladı - Müvəqqəti prezidentə qarşı

boliviyada-yeniden-aksiyalar-basladi
Oxunma sayı: 1011

Boliviyada yenidən etiraz aksiyaları başlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, meydanlara çıxan fermerlər müvəqqəti prezident Janin Anyesin istefasını tələb edirlər. Etirazçılar San-Xose şəhəri ilə Braziliya sərhədini də bağlayıblar. Mitinqdə 2 minədək insan iştirak edir.

Onlar istefaya göndərilmiş prezident Evo Moralesin qayıtmasını istəyirlər.