Bombaların susdura bilmədiyi addımlar... - Video

bombalarin-susdura-bilmediyi-addimlar
Oxunma sayı: 556

Bu gün Qəzza zolağında dağıntılar və davam edən hərbi əməliyyatlar fonunda yeni tədris ili başlayıb.

“Qafqazinfo” “Sabah”a istinadla xəbər verir ki, minlərlə azyaşlı məktəblərin və təhsil komplekslərinin istifadəyə yararsız hala düşməsi səbəbindən müvəqqəti sığınacaqlarda təhsillərini davam etdirməyə çalışır.

Yayımlanan görüntüdə azyaşlı qızcığazın dağılmış binaların arasından keçərək dərsə getməyə çalışdığı əks olunub. İki ildən artıqdır davam edən hücumlar nəticəsində isə bölgədə 20 mindən çox şagird və 532-dən çox müəllim həyatını itirib.

Amma bir şey bəllidir ki, xarabalıqların arasındakı bu kiçik addımlar, əslində, bütün dünyaya dözüm dərsi keçir. Ağır şəraitə rəğmən çantası ilə məktəbə gedən həmin azyaşlı qızcığazın həyat mübarizəsi kimi...