“Bosniya qəssabı”nın nəşi ölkəsinə aparılacaq

bosniya-qessabinin-nesi-olkesine-aparilacaq
Oxunma sayı: 400

“Bosniyalı serblərin keçmiş komandanı, general Ratko Mladiçin nəşi bu gecə Belqrada gətiriləcək”.

“Qafqazinfo” RTS telekanalına istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib.

Ölkə rəhbəri məsələ ilə bağlı açıqlamasında bildirib:

“Bildiyim qədərilə, nəş artıq təhvil alınıb və o, gecə saatlarında Serbiyaya çatmalıdır”.

Qeyd edək ki, 84 yaşlı Ratko Mladiç avqustun 27-də Haaqa həbsxanasında vəfat edib. Son aylarda onun səhhəti kəskin pisləşmişdi, hətta aprel ayında generalın oğlu Darko atasının ölüm ayağında olduğunu bildirmişdi. Lakin ağır vəziyyətinə baxmayaraq, məhkəmə onun Serbiyaya müalicəyə aparılmasına icazə verməmişdi.

Xatırladaq ki, “Bosniya qəssabı” ləqəbi ilə tanınan R. Mladiç 1992-1995-ci illərdə Bosniya münaqişəsi zamanı Serbiya Respublikası ordusuna komandanlıq edib. Müharibədən sonra 16 il gizlənən general 2011-ci ildə Serbiya hakimiyyəti tərəfindən həbs olunub. 2017-ci ilin noyabrında Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal onu Srebrenitsa soyqırımı da daxil olmaqla 10 müxtəlif maddə üzrə təqsirli bilərək ömürlük azadlıqdan məhrum etmişdi.