ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib.
“1970-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, fevralın 17-də ambulator müalicə üçün evə buraxılıb. 55 yaşlı şəxs fevralın 2-də 12:10 radələrində RNX-yə hospitalizasiya olunub. Zəruri instrumental-diaqnostik müayinələrdən sonra fevralın 6-da pasiyent üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra olunub və müalicəsi Baş-beyin neyrocərrahiyyəsi şöbəsində davam etdirilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər