Qəzzafini linç edənlər mükafatlandırıldı

qezzafini-linc-edenler-mukafatlandirildi
Oxunma sayı: 675

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, diktatoru kanalizasiya quyusundan tapan müxalifətçilər Milli Keçid Şurası tərəfindən Türkiyəyə tətilə göndəriliblər.

158 nəfərdən ibarət olan qrup, 40 gün 40 gecəlik istarahət üçün İstanbulun ən lüks otellərindən birinə yerləşdirlib.

İstanbulda 5-ci günlərini keçirən qrup, gündüz şəhəri gəzir, gecələri isə Taksim meydanında əylənir. Qrup üzvüləri, eyni zamanda xəstəxanda müalicə olunurlar.

Tükiyədə istirahət edən qrupun içərisində 2 uşaq və 2 qadın da var. Həyat yoldaşı döyüşdə yaralanan qadınlardan biri əlil arabasındadır.