BQXK rəsmiləri Azərbaycanda əsirlikdə olan muzdlu erməni snayperlə görüşdü

bqxk-resmileri-azerbaycanda-esirlikde-olan-muzdlu-ermeni-snayperle-gorusdu
Oxunma sayı: 7984

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Komitə nümayəndələri Nacaryanın ailə üzvlərinə onun səhhətinin normal olduğunu bildiriblər.

Maralın bacısı Ani Nacaryan bir müddət əvvəl onun əsirlikdən azad edilməsi haqda mətbuatda yayılan məlumatların doğru olmadığını söyləyib.