Braziliyalı uşaq öz pulunu Azərbaycan əsgərinə yolladı - Foto

braziliyali-usaq-oz-pulunu-azerbaycan-esgerine-yolladi
Oxunma sayı: 5873

Azərbaycanın Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir uşaqdan “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.

Səfirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, Marlon şirniyyat almaq üçün ona verilən pullara qənaət edib və məktuba 30 real ( 6 ABŞ dolları) qoyub. O istəyib ki, əsgərlərimiz bu pulla özünə şirniyyat alsın.

Gəncin anası məktubu yekunlaşdıraraq, bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib.