Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə dördgünlük rəsmi səfərə gedir.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu səfər 2018-ci ildən sonra Britaniya Baş nazirinin Çinə ilk səfəridir.
Starmer yanvarın 28-dən 31-nə qədər davam edəcək səfər çərçivəsində Pekində Çin rəsmiləri ilə görüşlər keçirəcək, daha sonra Şanxaya yollanacaq.
Səfərin əsas məqsədi iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq, ticarət və investisiya sahəsində əməkdaşlığı müzakirə etməkdir.
Bunun ABŞ ilə münasibətlərdə müəyyən gərginliklərin yaşandığı bir dövrdə baş tutmasına baxmayaraq, Britaniya hökuməti Çinlə əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu bildirir.
Onu da qeyd edək ki, Çin hazırda Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşlarından biridir.
Son xəbərlər
Son Xəbərlər