BŞİH gecə iş başında olub

bsih-gece-is-basinda-olub
Oxunma sayı: 2656

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar. 

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, səhərə kimi xidmətlər yağan qarın küçə, prospekt və  piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından  təmizlənməsini aparıblar. 

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır.